Su ehtiyatları səmərəli istifadə edilməlidir                  

Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 15.04.2020-ci il tarixli 1986 nömrəli Sərəncamının icrası ilə əlaqdar “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı” müşavirə keçirilib.

Çıxış edənlər dünyada su probleminin ciddi hal aldığını qeyd ediblər. Bildiriblər ki, qloballaşmanın  nəticəsi olaraq iqlim dəyişiklikləri su ehtiyatlarına çox ciddi təsir göstərir. Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görüldüyünü vurğulayan çıxışçılar  davamlı sosial-iqtisadi inkişafda su ehtiyatlarının istifadə və mühafizəsi məsələsinin əsas rol oynadığını da əlavə ediblər.

Müşavirədə həmçinin su ehtiyatlarından səmərəli istifadə etmək üçün mövcud imkanlar çərçivəsində qarşıda duran işlər barədə ətraflı müzakirələr aparılıb.

Sonda rayonda su ehtiyatlarının qorunub saxlanılması üçün sututarların yaradılması, eyni zamanda dağ çaylarında yaranan sel suları zamanı ətraf ərazilərin mühafizə olunması üçün çaylarda sahilbərkitmə və bəndvurma tədbirlərinin aparılması ilə əlaqədar təkliflər dinlənilib.

Şərh Yaz