Himayə işinə diqqət gücləndirilir            

 

RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” və “Qəyyumluq və himayəçilik” komissiyalarının növbəti iclası keçirilib.

Komissiyanın sədri RİH başçısının müavini Sevil Əhmədova son dövr üçün qəyyumluq işləri ilə bağlı ölkədə, eləcə də İsmayıllı rayonunda görülmüş işlər barədə ətraflı məlumat verib.

Valideyn nəzarətindən kənarda qalan, təhsildən yayınan uşaqlarla iş aparılması gündəlikdəki əsas mövzu olub.

Məsələ ilə bağlı komissiya üzvlərinin fikirləri dinlənilib. Mövzu çərçivəsində riskli ailələrlə marifləndirmə işinin aparılması günün vacib məsələsi kimi müzakirə olunub.

Məktəblərdə psixoloqların işinə ciddi yanaşılması məsələsinə ciddi önəm verilməsi çıxışlarda qeyd olunub. Məktəb-şagird-valideyn üçbucağının təsirliliyi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz