“Mədəniyyət və sənət fədakarı” döş nişanı ilə təltif olunan şairə

 

Özbəkistan Respublikası Mədəniyyət və Sənət İşşiləri Günü münasibəti ilə “Səadət” jurnalının baş redaktoru Münəvvərə Osmanova “Mədəniyyət və sənət fədakarı” döş nişanı ilə təltif olunub.

Bu əlamətdar gündə, qələm dostumun, fədakar şairənin Azərbaycan dilinə uyğunlaşdırdığım bir neçə şeirini saytımızda dərc etməklə onu ürəkdən təbrik edir, ona  həyatda xoşbəxtlik, yaradıçılıqda uğurlar diləyirəm.

Azərbaycandan dərin hörmətlə:  şair Şahməmməd Dağlaroğlu

 

MÜNƏVVƏRƏ OSMANOVA

 

HƏSRƏT

Həsrətin rəngini soruşun məndən –

Sapsarı – saman.

Görmüşəm həsrətin evini də mən –

Koması viran.

 

Yolçuluğu var həsrətin – yeriyən –

Həddi yox, yaman.

Çiçəyi var həsrətimin – sevilən –

Adı – zəfəran.

 

Çuxası var həsrətimin – geyilə,

Min yamaq alan.

Belə həsrət olsa əgər mənimlə,

Bağrı dolu qan.

 

Gəlməyə başlayar, izn almadan,

Kasıb ol, ya xan.

Nə qədər alçaltsan, nə qədər qovsan,

Küçəmdə yatan.

 

Canıma yeridi, incitdi ruhu,

Ah, həsrət – ilan.

Bulmirəm mən qulu tərk edərmi bu,

Çıxan zaman can…

 

***

Mərd ola bilmədim, bağışla, ata,

Özümü məhv edir, küsməyim, acım.

Özümü enməyə yetmədi gücüm,

Bağışla, ata…

 

Mərd ola bilmədim, bağışla, ana,

Qına, əddavətdən olmadım xilas,

Sakitcə durmuşam, könlüm qaranlıq,

Şad gəlib keçənə içimdə həvəs,

Bağışla, ana…

 

BAĞ

 

Yer beləcə dalaşıb, vuruşdu,

Zərbdən tənəyin qəddi büküldü,

Yanağı titrədi, üzü bürüşdü,

Qəzəbdən yarpağı töküldü.

 

Uca qovaq ortaya girib,

Əncir durub bağrı əzilmiş.

Hər ikisinə acıq verib

Xurma baxır, gözü süzülmüş.

 

Bağrı qan qovğadan narın,

Yola düşdü, bəlkə bir çarə bildi.

Yerin tapıb, almaya eşqin

Dedi, heyvanın üzün sildi.

 

Üstündə yetişmiş meyvəsi,

Tənək halsız uzanıb torpağa.

Sezmədilər bağın ətəyindən

Bağban əlində balta, girib bağa.

 

***

Bu dünya mənzili bir dəhliz qədər,

Sevgimiz də ona hədiyyə gedər.

Hesabın apardım ötən ömrümün,

Savabım vardırmı könnəyə yetər?

 

Atalar pir olar, analar qılman,

Birisinə pənah, biri mehriban.

Varsa, qulluq edin, yoxsa ziyarət,

Biri ali cənnət, o biri qotuyan.

 

EY QARANQUŞ

 

Qaranquş, hara tələsirsən,

Səslənir, nədən narahatsan?

Eyvanda yuva quran quşu,

Sevən eli hardan tapasan?

 

Yuvandan ot düşsə nigaran,

Qaldırıb öz yerinə qoyan.

Balalar uçuşunu hər an,

Güdən eli hardan taparsan?

 

Bu bir el ki, qəlbi gen – xatəm,

Yeddi ölçüb, bir atar qədəm.

Boylansa da qəlb evinə qəm,

Gülən eli hardan taparsan?

 

Qonaq gəlsə evinə əgər,

Yüyürər, canın həlak edər.

Tez durub, çörəyi gecələr

Yapan eli hardan taparsan?

 

On olsa da,  yer verək, – deyə,

Bir gün mənə o dirək, – deyə.

Sülh üçün oğul gərək, – deyə,

Doğan eli hardan taparsan?

 

Bahar gəlsə eli axtaran,

Sağlıq sayıb evin ağardan,

Ağlasa, gözünə gül sıxan,

Sürtən eli hardan taparsan?

 

Hal sorsan, qonaq olarsan,

Söyləməyib ömründə yalan.

Yer göbəyin tutmağa imkan.

Tapan eli hardan taparsan?

 

Hər balaya  ayrıca məkan,

Zəhmət çəkib tapar bəxtlə şan.

Öz evinə dirək, evini quran,

Tikən eli hardan taparsan?

 

Tozdan təmiz tutar güzgüsün

Xətasın qovlayar büsbütün.

Qonşu ölsə, çırağın qırx gün

Yandıran eli hardan taparsan?

 

Ey qaranquş, tələsən sənəm,

Getmə, qar da yağsa, nədi qəm?

Quş yuvasına gecə nurlu şəm

Tutan eli hardan taparsan?

 

Belə eli hardan taparsan?..

 

BADAM

 

Sakitcə gedib, atam ayağına,

Diz çökürəm, bşımı qoyub.

Üzümü sıxıram toz-torpağına,

Kandarda ağlayıram, doyub.

 

Son gül açan badam dibində

Otururam, ağacı qucub.

O – atamın qızı olmuşdu,

Mən gedəndə – Daşkəndə köçüb.

 

***

Əcəb böyümüsən, söylədi anam,

Başımı qədərsiz sığallar çəkdi.

Mən hələ uşağam, ana, – söylədim,

“Ovcundan uşaqlıq qoxusu gəldi”.

 

 

 

***

Sərvətim bol mənim, atamdan qalıb,

Hədsiz var-dövlətə sahib olmuşam.

Oğru ala bilməz, qəddar anlamaz.

Ürək dibindəki qora gömmüşəm.

 

Mirası bölməyə yazsam vəsiqə,

Yeddi övladıma yetib, çatacaq.

Müdrik atam kimi, xatircəm ruhum,

Balam ürəyinə girib yaracaq.

 

EY YAR

 

Sevdim, səndən necə danaram,

Sənsiz heç kiməm, qanaram.

Özüm odlar, özüm yanaram

Ürək varmı səndə də, ey yar?

 

Üz çevirdin, biganə, ürkək,

Əyləmcə oldu bu yanan ürək

Mənə vəsl, vüsalın nağıltək,

Dilək varmı səndə də, ey yar?

 

Öz qəlbimə dünyam da bezar,

Eşq evin yolların tor tutar.

Bağlı yolda qalmamaqçün xar,

Keçəcək varmı sənə,  ey yar?

 

Qərib komam imarət olsun,

Sevgimizə dəyanət olsun.

Bəxtim eldə söz-söhbət olsun-

Mələk varmı mənimtək, ey yar.

 

 

***

Ata qəbrin qucub yatan

Bir tikana döndər məni.

Ömrü-günü ani, ayüz,

Lalə  cana döndər məni.

 

İnsafa gəl, bir daş olum,

Durum qəbrinin başında.

Bacarsydım quş olardım,

Yuva quram göz yaşında.

 

Olsam, ot, ya daş olaram,

Sanma geri dönməyə yol var.

Mən bir sıxma torpaqdan aldım…

Atama baş çəkib dur, bahar!

Şərh Yaz