Sədr göstərilən etimadı layiqincə doğruldacağını vurğulayıb
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatında sədr müavini kimi ictimai vəzifə daşıyan Zaur Muradovun sədr təyin olunmasının təqdimetmə mərasimi keçirilib.
Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin ideyaları əsasında, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının yarandığı gündən uğurlu və şərəfli inkişaf yolu keçdiyindən söz açıblar.
YAP İsmayıllı rayon təşkilatının yeni sədri Zaur Muradovun gənc yaşlarından müxtəlif vəzifələrdə ləyaqətlə çalışdığı və bu məsuliyyətli vəzifəyə layiq olduğu qeyd olunub. Onun yetərincə savadlı və təcrübəli kadr olduğu vurğulanıb. Partiyanın İsmayıllı rayon təşkilatına sədr təyin olunması münasibətilə onu təbrik edənlər gələcək işlərində uğurlar arzulayıblar.
YAP İsmayıllı rayon təşkilatının sədri Z.Muradov çıxış edərək, Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq, keçdiyi şərəfli yolun Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən olduğunu bildirib, etibar və etimad üçün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, eləcə də partiya rəhbərliyinə minnətdarlığını ifadə edib. O, göstərilən etimadı layiqincə doğruldacağını vurğulayıb.