Vətəndaş qəbulları dövlət-vətəndaş münasibətlərini tənzimləyir
İsmayıllı Rayon İcra Hakimiyyətində 28 yanvar, 3 , 10, 18 fevral 2022-ci il tarixlərində vətəndaşların növbəti qəbulları keçirilib.
Həmişə olduğu kimi, rayon rəhbəri qəbula gələn şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının və digər sakinlərin müraciətlərini diqqətlə dinləyib.
Səsləndirilən müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılması tələb olunan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
İsmayıllıda bir qayda olaraq vətəndaş qəbullarına tam ciddi yanaşılır və hər müraciətə görə qanunamüvafiq qərarlar qəbul edilir. Bu ondan irəli gəlir ki, rayon rəhbərliyi keçirilən qəbullara dövlət-vətəndaş münasibətlərini tənzimləyən meyar kimi yanaşır.
Vətəndaşların qəbuldan sonrakı razılıqları da məhz bu yanaşmanın göstəricisi kimi diqqəti cəlb edir.
“İsmayıllı xəbərləri”