Şəhid övladının ad günü qeyd olunub                          

Şəhid Ağazadə Emin 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır. Bu gün igid Vətən oğlunun övladı Emiliya Ağazadənin 1 yaşı tamam olur. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsinin şəhidi Emin Ağazadənin  övladının doğum gününü təbrik edib.

Rayon rəhbərliyinin tapşırığına əsasən RİH-nin əməkdaşı və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Bakı şəhərində şəhidimizin evində olub, övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər. Şəhidimizin vəfatından sonra dünyaya gələn Emiliya balamıza hədiyyələrini təqdim edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhidimizin anası Kifayət Ağayeva şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Bu gün nəvəsinin ad gününü təbrik etməsini şəhid ailələrinə və oğlu Eminin ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.

Şərh Yaz