İsmayıllıda demoqrafik vəziyyət

İsmayıllı rayonu Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşməklə meredian istiqamətində uzunluğu 56 km, paralel istiqamətində eni isə 73 km. təşkil edir. Rayon dəniz səviyyəsindən Şirvan düzündə 200 metr, dağ silsiləsində 3629 metr hündürlüyə malikdir.

İsmayıllı rayonu Bakıdan 185 km məsafədə yerləşməklə Şamaxı, Ağsu, Göyçay, Qəbələ və Quba rayonları ilə həmsərhəddir. İsmayıllı rayonunun ərazisi 2074 kv. Km. Olmaqla, əhalinin sıxlığı bir kvadrat kilometrdə 42,5 nəfər təşkil edir. Bu göstərici ölkənin kənd rayonları arasında orta göstərici sayılır.

2022-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 88225 nəfər olmuşdur. Bu dövrdə əhalinin sayı 358 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Əhalinin 67,56 faizi, yəni 59603 nəfəri kənd yerində, 32,44 faizi –  28622 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Əhalinin 50,50 faizini kişilər, 49,50 faizini qadınlar təşkil edir. Bundan başqa, rayonda 930 məcburi köçkün ailəsində  3395 nəfər məcburi köçkün məskunlaşmışdır.

 

Demoqrafik göstəricilər (nəfər)

 

  2021-ci il

yanvar-dekabr ayları

2020-ci il

yanvar-dekabr ayları

artma /+/

azalma /-/

Doğulanlar 1061 1178 -117
Ölənlər 711 743 -32
Nigahlar 528 307 221
Boşanmalar 120 100 20
Təbii artım 350 435 -85
Miqrasiya 8 -19 x
Ümumi artım 358 416 -58

 

Əziz Əzizov,                                                                                           

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi                                                

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz