Xocalı soyqırımı unudulmaz tarixdir                      

“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar regionlarda tədbirlərin təşkili” adlı layihə həyata keçirib.

Tədbirdə Xocalının işğalı zamanı hər iki valdeyinini itirmiş uşaqlardan olan Murad Hüseynov və ailəsinin başına müsibətlər gətirilmiş, 8 gün əsirlikdə qalmış Mürvət Məmmədov iştirak edib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatiəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihə çərçivəsində 600 ədəd “Xocalının Mixaylosu” kitabı və bukletlər çap olunub. Kitabda Azərbaycan Respublikasının Milli Qəhrəmanı, “Mixaylo” ləqəbli Tofiq Hüseynovun keçdiyi döyüş yolundan bəhs edilir. Layihə rəhbəri bildirib ki, belə bir kitabı ərsəyə gətirməkdə məqsəd regionlarda olan vətəndaşların Xocalı soyqırımı ilə bağlı dərin biliklərə malik olması ilə yanaşı Milli Qəhrəman Tofiq Hüseynovun göstərdiyi şücaət, qəhrəmanlığı ilə bağlı dolğun məlumat əldə edilməsidir.

Tədbirdə Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov Xocalı soyqırımı və atasının qəhrəmanlığından danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir