Narkomaniyaya qarşı mübarizədə kənarda qalmayaq          

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.Aslanov adına İsmayıllı şəhəri 2 nömrəli tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə RİH əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Çıxış edənlər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət siyasəti, narkotik asıllılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə qanunvericiliyin müddəalarından irəli gələn məlumatları diqqətə çatdırıblar.

Daha sonra narkomanlığa qarşı mübarizədə 2019-2024-cü illər Dövlət Proqramının əhəmiyəti, icra vəziyyəti, narkotik vasitələrin insan orqanizimində törətdiyi fəsadlar, narkotik asıllılıqdan müalicə, erkən müalicənin labüdlüyü və profilaktik işin aparılması qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir