Tarixə düşən qanlı səhifələr
İsmaıllı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Uşaq Şöbəsində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İsmayıllıdakı Heydər Əliyev Mərkəzinin, İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin, MKS-nin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, İsmayıllı Uşaq və Gənclərin İnkişaf Mərkəzi, İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı İntellektual Oyunlar Klubunun nümayəndələri iştirak ediblər.
İştirakçılar qarşısında İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbinin tarix müəllimi Ülvi Şamilli Xocalı soyqırımı və onun tarixə düşən qanlı səhifələri ilə bağlı məruzə edib. O, məruzəsində erməni daşnaklarının vəhşiliklərindən geniş danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində igid əsgərlərimiz ermənilərdən Xocalı qisasını alıb. Buna baxmayaraq həmişə ayıq olmalı, düşmənə bir də xalqımıza qarşı bu və ya digər şəkildə zülm etməsinə imkan verilməməlidir.
“İsmayıllı xəbərləri”
