Qazilərlə görüş
Uşaq-Gənclər İnkişaf Mərkəzində Vətən müharibəsi qazilərinin iştirakı ilə tədbir keçirilib.
Dəvət olunan müharibə iştirakçılarından – unudulmaz general Polad Həşimovun döyüş məktəbinin yetirməsi olan qazi Ülvi Qədir, birinci Qarabağ muharibəsi veteranı İlham Səmədov, 44 günlük Vətən müharibəsi qazisi Elnur Qasımov və müharibə iştirakçısı Kamran Xanlarlı keçdikləri döyüş yolundan, cənab Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşməklə, böyük Qələbənin qazanılmasından danışıblar. Bu yolda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Ü.Cəbiyeva

