Vətəndaşlıq mövqeyi daim nümayiş edilməlidir                       

 

21 fevral 2022-ci il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Xocalı qətliamı zamanı erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izlərinin nümayiş etdirilməsi, Xocalı həqiqətlərinin tanıdılması və gələcək nəsillərə çatdırılması olub.

Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin əməkdaşı Günel Alızadə, əlaqədar təşkilatların əməkdaşları, yeniyetmə və gənclər iştirak ediblər.

T.Salehov çıxış edərək, xalqımıza soyqırımı yaşadan tarixi düşmənlərimizin törətdiyi vəhşiliklərin əsrlər boyu davam etdiyini vurğulayıb. O, 44 günlük Vətən müharibəsində tarix səhifələrində xalqımıza qanlı-qadalı günləri yaşadanlara qarşı bütün vətəndaşların, xüsusilə də yeniyetmə və gənclərin daim mübarizə aparmalı olduğunu, əsl vətəndaşlıq mövqeyini daim nümayiş etdirməyi, hər kəsin bacardığı sahədə təbliğatçılığı gücləndirməli olduğunu qeyd edib. Həmçinin bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı və Azərbaycan Ordusunun şücaəti, mərdliyi və qəhrəmanlığı sayəsində artıq Xocalı soyqrımı qurbanlarının da qisası alınıb.

Daha sonra digər tədbir iştirakçıları da öz çıxışlarında bu qanlı gecədə ermənilərin törətdikləri vəhşiliklərin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət olub.

Keçirilən rəsm müsabiqəsində  I yeri Aişə Həmzə, II yeri Malik Əsgərov, III yeri isə Kamil Mürsəlov qazanıb. Qalib gəlmiş iştirakçılar İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin hazırladığı Diplomlarla mükafatlandırılıblar.

Elmi Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir