Dilimiz zənginləşdirib inkişaf etdirək                  

 

18 fevral 2022-ci il tarixdə İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbdə, məktəbin ibtidai sinif müəllimi Güllübəyim Lətifovanın təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.

Məktəb rəhbərliyi, müəllim və şagirdlərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət himinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər məktəb rəhbərliyi fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən danışıb, dilimizin zənginləşdirilməsi və inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Ardınca məktəbin 3 “A” sinif şagirdlərinin ifasında ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər səslənmiş, mahnılar oxunmuş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

E.Qasımova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir