Dövlətin diqqətində olan məsələ                  

 

Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının nümayəndələri davamlı olaraq Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini ziyarət edirlər.

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Məmmədli Cəmil Habil oğlunun ailəsi fevral ayının 15-də ziyarət edilib.

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov şəhid Cəmil Məmmədlinin valideynləri ilə söhbət zamanı bildirib ki, onların övladları igidlik, fədakarlıq, şücaət göstərərək 30 il işğal altında olan torpaqlarımızın azad edilməsi zamanı şəhid olub.

Z.Muradov belə qəhrəman övlad yetirdiklərinə görə şəhidin valideynlərinə minnətdarlıq edib. Bildirib ki, hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər.

Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Məmmədli Cəmil Habil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə ”Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir