Təhsil ocağında abidə-kompleksinin açılışı olub               

 

İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin şəhid tələbələrinin xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı olub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra İDHTK-in şəhid məzunları Əliyev Fərid Hamlet oğlu, Həmidov Rəhim Etibar oğlu və Lətifli Orxan Xancan oğlunun xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı olub, abidə önünə əklil və gül dəstələri düzülüb.

Tələbələrin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Daha sonra şəhid məzunların adı verilən sinif otaqlarına baxış keçirilib.

İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kolleci tərəfindən şəhidlərin valdeyinlərinə Təşəkkürnamə təqdim edilib.

 

Şərh Yaz