Almanax işıq üzü görüb              

 

“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin maliyyə dəstəyi ilə “İSMAYILLI ALMANAXI” (İsmayıllı yazarlarının ədəbi almanaxı) işıq üzü görüb. Toplu xarakterli bu kitaba 71 yazarın qələm nümunələri daxil edilib. Kitabda yer almış ədəbi nümunalərlə yanaşı, oxuculara müəlliflər haqqında da qısa məlumat təqdim olunur.

İsmayıllı ədəbi aləmi və oxucuların böyük maraqla qarşılayacağı kitabın redaktoru AYB-nin Şirvan bölgəsi üzrə nümayəndəsi, gənc şair Vüsal Oğuz, tərtibçisi şair-publisist Şahməmməd Dağlaroğludur. Yaxın vaxtlarda kitabın İsmayıllı rayonunda təqdimatı keçiriləcək.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz