QARDAŞ XALQLARIN ƏDƏBİYYATINDAM                   

Gənc özbək şairi Abid Qoldaş

 

BUĞDA ZƏMİSİ

 

Göz yaşlarını içib boy atar,

Alov yağdı gah da üstünə.

Bəzən acı-acı ağlayar,

Böyüklər gələndə önünə.

 

Dərman səpdilər, “ adam” oldu,

Qəddi düz, sünbüllər əyik.

Vuruşdular, sonra döyüldü,

Dəyirmana düşdü o, əzik.

 

Sonra ovuclayıb alova soxdu,

Anacanım – böyük möcüzə.

Ah, təndirdən qızarıb çıxdı.

O parlaq otlar ki, çıxmışdı üzə.

 

***

Allahım, yol göstər, yolum yox mənim,

Sağım səhv düşübdü, solum yox mənim

Od kimi yansam da tamam, bihudə,

Bəxtimi qucmağa qolum yox mənim.

 

Gözlərim səndədir, gözüm yox mənim,

Sözlərim sənindir, sözüm yox mənim.

Acısın unudub, sevmişəm çölü,

Özüm də səninəm, özüm yox mənim.

Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

 

Şərh Yaz