Bir qrup təhsil işçisi ilə görüş                                 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov səmərəli fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən təltif olunan və şəhid general Polad Həşimovun xatirəsinə həsr edilmiş “Zəfər” adlı olimpiadanın qalibi olmuş müəllimlərlə görüşüb.

Görüş zamanı rayon rəhbəri müəllimlərlə təhsil barədə söhbət edib, prioritetlərlə maraqlanıb. Başçı ölkənin, eləcə də rayonun təhsil sahəsində əldə edilən nailiyyətlərdə müəllimlərin əvəzsiz rolunu vurğulayaraq, qəbul etdiyi fədakar təhsil işçilərinə gələcək fəaliyyətlərində də uğurlar diləyib.

Təhsil Nazirliyinin beynəlxalq müəllim günündə layiq gördüyü “Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanlar fərdi qaydada təqdim edilib.

Sonda xatirə şəkilləri çəkilib.

 

 

 

 

Şərh Yaz