Nazir İsmayıllıda olub                    

17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyinin bir qrup nümayəndəsi nazir Fərid Qayıbovla birgə İsmayıllı rayonunda səfərdə olub.

Nazir səfər çərçivəsində İsmayıllı Olimpiya-İdman Kompleksinin fəaliyyəti ilə tanış olub. Müxtəlif idman növləri üzrə bölmələrin məşq proseslərini izləyib, idmançılarla görüşüb, məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov nazir Fərid Qayıbovu İsmayıllı Olimpiya-İdman Kompleksinin fəaliyyəti ilə tanış edib. Tanışlıq zamanı idman qurğularının potensialından maksimum dərəcədə yararlanmaq imkanları müzakirə edilib. Nazir kompleksdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, xüsusən də üzgüçülik hovuzlarının imkanlarından səmərəli istifadə etməklə uşaq və gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Görüşdə nazir müavinləri Mariana Vasilyeva, İndira Hacıyeva, gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov və nazirliyin mətbuat katibi Qabil Mehdiyev də iştirak ediblər.

Şərh Yaz