Vətəndaş qəbulları razılıqla nəticələnir                    

 

İsmayıllı Rayon İcra Hakimiyyəti aparatında 26 noyabr 2021-ci il tarixində vətəndaşların növbəti qəbulu keçirilib.

Rayon rəhbəri sakinlərin – şəhid ailələri və qazilərin müraciətlərini dinləyib, onların problemlərinin həlli istiqamətində aidiyyəti idarə, müəssisə rəhbərlərinə, əlaqədar şəxslərə vacib tapşırıqlar verib.

Səmimi söhbət şəraitində keçən əvvəlki qəbullarda olduğu kimi, bundan sonra da hər bir vətəndaşın qayğılarının diqqətdə saxlanılacağı qeyd olunub.

Dekabr ayının 16-da və 23-də keçirilən qəbullarda da vətəndaşlar tərəfindən olunan müraciətlər qeydiyyata alınıb, icrasi ilə bağlı müvafiq göstəriş və tapşırıqlar verilib.

Qeyd edək ki, bir qayda olaraq, İsmayıllıda vətəndaş məmnunluğuna yüksək önəm verən rayon rəhbərliyinin xahiş və müraciətlərin qısa zamanda həllinə çalışması dövlət-vətəndaş münasibətini gücləndirir, qəbula gələnlərin böyük razılığına səbəb olur.

Şərh Yaz