Yaddas kitabcasi

Fəal hərbçimizin medalı anım günündə ailəsinə təqdim edilib    

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edən, qələbəmizdən bir neçə gün sonra  vəfat edən baş-leytenant Şıxıyev Vüqar Xalid oğlunun anım günündə, dekabr ayının 9-da məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Daha sonra Vüqar Şıxıyevin evində onun “Vətən uğrunda” medalı ailəsinə təqdim edilib.

Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri iştirak ediblər.

Xatırladaq ki , Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin Sərəncamları ilə Vüqar Şıxıyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şərh Yaz