İsmayıllıda süni örtüklü futbol meydançası istifadəyə verilib            

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bir neçə gün əvvəl İsmayıllı rayonunda olub. Onu səfər zamanı futbol veteranı Vəli Qasımov müşayiət edib.

E.Məmmədov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə rayon ərazisinda AFFA tərəfindən inşa edilən süni örtüklü futbol meydançasının açılışında iştirak edib.

İsmayıllını təmsil edən müxtəlif uşaq futbol komandalarının üzvlərinə AFFA tərəfindən idman geyimləri, çanta, top hədiyyə olunub.

Elxan Məmmədov, Nahid Bağırov və Vəli Qasımov uşaqlarla birgə futbol oynayıblar

Şərh Yaz