Şəhidlər əbədiyaşardır                           

23 dekabr 2021-ci il tarixdə İsmayıllı Rayon Fazil Əzimov adına Uşaq-İncəsənət Məktəbində onun 59-cu ildönümü ilə əlaqədar olaraq “Şəhidlər əbədiyaşardır” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin müəllimləri çıxış edərək şəhid haqqında bildikləri məlumatları iştirakçıların diqqətinə çatdırıblar. Məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Qeyd olunub ki, Fazil Lətif oğlu Əzimov 1962-ci ildə İsmayıllı şəhərində anadan olub, 1969-1980-ci illərdə şəhərin 3 nömrəli  tam orta məktəbində və İsmayıllı rayon Uşaq İncəsənət Məktəbində tar ixtisası üzrə təhsil alıb. 80-ci illərin əvvəlində Sovet ordusunda xidmət edən Fazil Əzimov 1984-1989-cu illərdə Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsil alıb.

1992-ci ilin oktyabrında, torpaqlarımızın düşmən işğalı təhlükəsində olduğu dövrdə Fazil Əzimov ehtiyatda olan baş leytenant kimi öz arzusu ilə ordu sıralarına qoşulub. Vətənini qəlbən sevən Fazil Əzimov 1994-cü il mayın 22-də mənfur düşmən gülləsindən şəhidlik zirvəsinə ucalıb.

Sonda bütün şəhidlərin xatirəsinin yad edilməsi məqsədilə ağacəkmə aksiyası keçirilib.

E.Süleymanov

Şərh Yaz