Ansamblın çıxışı alqışlarla qarşılanıb                    

26 dekabr 2021-ci il tarixdə İsmayıllı Rayon Mədəniyyət Mərkəzində bir müddət əvvəl yaradılmış İsmayıllı Aşıqlar Ansamblının ilk konserti olub.

Konsert öncəsi Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov ansanblın yaradılmasını bölgədə aşıq sənətinə olan yüksək marağın davamı kimi dəyərləndirib, kollektivə uğurlar diləyiblər.

Ansambla rəhbərliyi öz üzərinə Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi, Aşıq Yanvar Bədəlovun (Allah ona rəhmət eləsin) tanınmış yetirməsi, Aşıq Elman Mehdiyev götürüb. Bu çətin və məsuliyyətli işdə ansamblın rəhbərinə uğurlar diləyirik.

Maraqla, yüksək zövqlə dinlənilən konsertdə Şamaxı və Ağsu rayonlarını təmsil edən nümayəndələr də olub. İfaçılardan hər birinin çıxışı alqışlarla qarşılanıb. Ansamblın yaradıcısı Aşıq Elman göstərilən diqqətə görə hər kəsə minnətdarlıq edib.

Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova yeni yaranmış ansamblın çıxışlarından razılıq edib, İfaları və saza, sözə peşəkarcasına dəyər verdikləri üçün kolləktivin hər bir üzvünə təşəkkür edib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz