Tərəflər görüşdən məmnun qalıb                 

Ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində Qəbələ və İsmayıllı yazarlardan bir qrupunun görüşü baş tutub. Görüş bu yaxınlarda istifadəyə verilmiş gözəl ünvanda- İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işıqlı, yaraşıqlı binasında keçib.

Əvvəlcə Ulu öndərin həyat və fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib. Dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra qonaqlar və yerli yazarlar yaradıcılıqlarından nümunələr səsləndirməklə görüşü davam etdiriblər.

Görüş xeyli maraqlı keçib. Növbəti görüşün Qəbələ şəhərində keçirilməsi planlaşdırılıb. Görüşdən məmnun qalan tərəflər, məkan sahiblərinə minnətdarlıqla xatirə şəkli çəkdiriblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz