“SABAHIN ALİMLƏRİ” “TƏRƏQQİ” LİSEYİNDƏ EKSKURSİYADA

7 dekabr 2021-ci il tarixdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsində qalib olmuş “Sabahın alimləri” layihəsində iştirak edən bir qrup şagirdlə Bakı şəhərindəki “Tərəqqi” liseyinə təlim xarakterli ekskursiya təşkil etdik. Təlimdə “Tərəqqi” liseyinin direktoru, professor Nasim Abışov şagirlərə kimya fənni üzrə çətin tipli məsələlərin həlli, kimyada qeyri-standart məsələlər, şagirdlərin kimya fənninə marağın artıırması istiqamətində geniş məlumat verdi.

Daha sonra liseyin kimya müəllimi, eyni zamanda STEAM üzrə təlimçi Sona Kərimova şagirdlərinin iştirakı ilə maraqlı reaksiyalar nümayiş etdirdi. Eyni zamanda, STEAM üzrə alətlərin istifadə qaydaları haqqında ətraflı məlumat verdi. Layihəmizə xüsusi hədiyyə kimi hazırladıqları “Xarı bülbül” simvolikasını təqdim etdi.

“Tərəqqi” liseyinin rəhbərliyi və əməkdaşlarına təşkil olunmuş təlimə və bizə göstərdikləri diqqətə görə təşəkkür edirik.

Gulnarə Qurbanova

Şərh Yaz