Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub                

22 noyabr Azərbaycanda çalışan ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu  münasibətlə İsmayıllı rayonunda da  tədbir təşkil olunub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçıcı Nahid Bağırov, İsmayıllı Rayon Məhkəməsinin sədri Rəfayil Şirinov, rayonun əlaqədar təşkilatlarında çalışan ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla yad ediblər. Ziyarətçilər abidə önünə tər çiçək dəstələri düzüblər.

İsmayıllı Rayon Məhkəməsinin binasında davam edən tədbirdə çıxış edən İsmayilli Rayon Məhkəməsinin sədri Rəfayel Şirinov peşə bayramları münasibətilə ədliyyə işçilərini təbrik edib, bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabr ayının 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər Azərbaycanda Ədliyyə Nazirliyinin bir struktur kimi formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar.

Həmçinin qeyd olunub ki, əlamətdar olmaqla əlamətdar olmaqla, builki bayram xüsusi fəxarətlə keçirilir. Artıq ədliyyə işçiləri peşə bayramını daha böyük sevinclə və öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edir.

Şərh Yaz