Azərbaycan Ordusunun Zəfər yolu                         

Azərbaycan xalqı 30 ilə yaxın idi ki, “İrəli” əmrini gözləyirdi. Nəhayət, bu baş verdi. 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandanın əmri ilə ordumuz irəliyə doğru əks-hücuma keçdi. Noyabrın 9-dək 5 şəhər, 9 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi və daha 5 adsız yüksəkliyi işğaldan azad olundu. Noyabrın 10- da Ermənistan məcburiyyət qarşısında kapituliyasiya aktına imza atdı. Bu akta görə bir güllə atmadan noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı bu ərazilərdə qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı.

Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş

Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidentinin açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirirdi.

Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk olur, dillər əzbərinə çevrilirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə, qürurla durmağa ruhlandırırdı. Prezidentin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar bu gün əhalinin dilində əzbərə çevrilib. Vətəndaşlar müharibə dövründə Ali Baş Komandanın simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqın yenilməz övladını görürdülər.

Azərbaycanın qələbəsi regionun inkişafı üçün stimul oldu. Türkiyə, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatda fəal əməkdaşlıq imkanları yarandı.

Artıq Azərbaycanın tarixində yeni səhifə başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azərbaycan xalqı bu işdə öz Prezidentinə güvənir, inanır və onun ətrafında bir yumruq kimi birləşib.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Səkinə Qubatova,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin fransız dili müəllimi

 

 

 

 

Şərh Yaz