Şəhid Etibar Şirinovun şəhadətə qovuşduğundan bir il ötür       

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şirinov Etibar Fazil oğlunun anım günü məzarı önündə qeyd edilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, şəhid ailələri, kənd sakinləri iştirak ediblər.

Şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər şəhid Etibar Şirinovun ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildiriblər.

Anım mərasimində İvanovka məktəbliləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Daha sonra Etibar Şirinovun evində onun xatirəsinə yaradılmış muzeylə tanış olunub, şəhidin “Xocavəndin azad olunmasına görə” medalı ailəsinə təqdim edilib.

 

Şərh Yaz