Unutmamalı və unutdurmamaliyiq

İsmayıllı rayonunun Külüllü kənd ibtidai məktəbində Azərbaycan Ordusunun qazandığı Zəfər Günününə, şəhid və qazilərimizin örnək olan həyatına həsr olunmuş tədbir keçirilib.

Həmin tədbirdə şagirdlərin ifasında  əlamətdar tarixi vəsf edən şeirlər, musiqilər səslənib. Məktəbin direktoru Sara Ağayevanin Zəfər Gününə aid çıxışı dinlənilib. Onun çıxışında Ali Baş Komandanın ətrafında sıx birləşməyimizin və hər zaman bir yumruq kimi  birlikdə və möhkəm olacağımızın vacibliyi əksini tapıb.  Bu kimi çıxışlarda şagirdlərə vətənpərvərlik hissi aşilandiğı bildirilib.

Torpaqlarımızın işğaldan azad olunmasi yolunda  şahid olmağımız fəxr olunasdı məqamdır.  44 günlük Vətən müharibəsində 3 minə yaxın qardaşlarimiz şəhid, minlərlə əsgərimiz qazi oldu.

Allah bütün şəhidlərimizə rəhmət rəhmət eləsin. Ailələrinə səbr versin. Qazilərimiz tezliklə şəfa tapsınlar. Biz onların borcunu qaytara bilən deyilik, sadəcə, dərs dediyimiz şagirdlərə vətənpərvərlik hissləri aşılamaq, bu tarixi anları onların yaddaşına yazmaq, torpaqlarimizin işğal və azad olunma tarixlərlərini öyrətmək ən başlıca vəzifəmizdir. Biz zaman-zaman başımıza gələnləri unutmamalı və unutdurmamaliyiq.

Aynurə Ağayeva

 

Şərh Yaz