Yaddas kitabcasi

Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər                

Ötən il “Vətən Müharibəsi” dövründə torpaqlarımızın azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Suqovuşanın azad edilməsi böyük əhəmiyyət daşıyırdı. Artıq 3 oktyabr 2020-ci ildə Suqovuşanın azad edilməsindən sonra düşməndə böyük qorxu yaranmışdı. Bu ərazidə olan yüksəkliklərin düşmən əlində olmasına baxmayaraq Qəhrəman Azərbaycan əsgəri bu yolda döyüşərək vacib yüksəklikləri azad etdilər. Suqovuşanın azad edilməsi Zəfərin yaxında olacağından xəbər verirdi. Təsadüfi deyil ki, müharibə zamanı on mindən çox fərarinin olması artıq düşmənin yalançı, məğlubedilməz ordu yalanlarını ortaya çıxartdı.

1976-cı ildə Ulu Öndərin təşəbbüsü ilə Sərsəng su anbarı ilə yanaşı Suqovuşan su anbarı da inşa edilmişdir. Bu su anbarının ətraf ərazilərin suvarılmasında böyük əhəmiyyəti vardır. İşğal dövründə yay aylarında su anbarından suyu kəsmələri nəticəsində fermerlər torpaqları suvamaqda böyük çətinliklə üzləşirdilər. Artıq su anbarı azad edildikdən sonra su ətraf ərazilərə verilməyə başlanmışdır.

Hazırda 30 min hektar ərazi suvarılmaqdadır. Suvarılan ərazilərin genişləndirilməsi və məhsuldarlığın artırılması üçün kanallarda bərpa işləri aparılmaqdadır. Qış aylarında su anbarının açıb buraxılması süni daşqınlara səbəb olurdu ki, bu da fermerlərə böyük ziyan vururdu.

Hal-hazırda Dövlət Başçımızın tapşırıqlarına əsasən “Suqovuşan-1” və “Suqovuşan-2” elektrik stansiyalarında bərpa işləri görülüb və işlək vəziyyətə gətirilmişdir.

Ali Baş Komandanımızın dediyi kimi: Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır. Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir.

Əli Baxışlı,

İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin tarix müəllimi

 

Şərh Yaz