Başçı təltif olunanlarla görüşüb                        

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Prezident İlham Əliyev bir qrup təhsil işçisini təltif edib.

Əməkdar müəllim fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunanların sırasında İsmayıllıda çalışan müəllimlərin də adlarının olması qürurverici haldır.

Bundan əlavə bir qrup İsmayıllı müəlliminin əməyi Təhsil Nazirinin xüsusi əmrinə əsasən “Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanlarla dəyərləndirilib.

11 oktyabr 2021-ci il tarixdə İsmayıllı Rayon İcra Hakmiyyətinin başçısı Nahid Bağırov təltif olunan müəllimlərlə görüşüb. Görüş zamanı rayon rəhbəri müəllimləri təbrik edərək, bu təltiflərin ölkə başçısının təhsilə olan diqqət və qayğısının, eləcə də müəllim peşəsinə verdiyi yüksək dəyərin göstəricisi olduğunu deyib.

Göstərilən etimada görə Prezident İlham Əliyevə minnətdarlıq edən müəllimlər bildiriblər ki, daim dövlətin və Prezidentin yanında olmaqla yanaşı, həm də gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində və təlim-tərbiyəsində əzmlə çalışacaqlar.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz