Vətəndaşların qəbulu diqqət və qağı nümunəsidir                        

4 oktyabr 2021-ci il tarixində İsmayıllı Rayon İcra hakimiyyətində növbəti dəfə vətəndaşların qəbulu keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov sakinlərin müraciətlərini dinləyib, onların problemlərinin həlli istiqamətində aidiyyəti şəxslərə, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.

Məlumat üçün bildiririk ki, əvvəlki qəbullarda olduğu kimi, bu qəbulda da əsasən şəhid ailələrinin üzvləri, vətən  müharibəsi iştirakçıları iştirak ediblər. Onlara, qayğılarına bundan sonra da diqqətlə yanaşılacağı  bildirilib. Qəbula gələnlər göstərilən səmimiyyətdən razılıq ediblər.

***                               

Oktyabr ayının 8-də  də İsmayıllı RİH-də vətəndaşların qəbulu keçirilib.

Sakinlərin müraciətləri, qaldırdıqları problemlər dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətən müharibəsi iştirakçılarının üstünlük təşkil etdiyi qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən gəlmiş vətəndaşlar da iştirak edib.

Onlara bundan sonra da qayğılarının daim diqqətdə saxlanılacağı bildirilib.

Şərh Yaz