İki yeni təyinat                                      

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Faxtiyev İsmayıl Əliyar oğlu İsmayıllı RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

İsmayıl Faxtiyev 13 may 1997-ci il tarixində İsmayıllı şəhərində anadan olub. 2014-2018-ci il tarixlərində Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisasını fərqlənmə ilə bitirib. 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin İsmayıllı nümayəndəliyində Tədbirlər və layihələr üzrə mütəxəssis və direktor vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

***                           

Rayon İcra Hakimiyyəti başçısının digər sərəncamı ilə Rəhimova Səadət Hüseynağa qızı RİH başçısı aparatında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin edilib.

Səadət Rəhimova 1 iyun 1990-cı ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin filologiya-xarici dil (fransız dili müəllimi) ixtisasını bitirib. Grenoble Alpes Universitetində Passerelle Solidarite Objektif B2 səviyyəsi üzrə təhsil alıb. Daha öncə “Kanal S” MMC Regional Televiziya Şirkətində İsmayıllı rayonu üzrə bölgə müxbiri, İsmayıllı Rayon Mədəniyyət Mərkəzində bədii rəhbər və mədəni təşkilatçı, “İsmayıllı Resort and Hotel” MMC-də qeydiyyatçı, “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin İsmayıllı nümayəndəliyində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

***

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi gənc həmkarlarını – İsmayıl Faxtiyevi və Səadət Rəhimovanı yeni vəzifəyə təyin edilmələri münasibəti ilə təbrik edir, faəliyyətlərində uğurlar arzulayır.

İsmayıllı Rayon İcra Hakimiyyətində bundan əvvəl də vakant vəzifələrə təyinatlar zamanı gənc kadrlara üstünlük verilmişdir.

“İsmayıllı xəbərləri” qəzetinin yaradıcı heyəti və oxucuları da bu təbriklərə qoşulur.

Şərh Yaz