2021-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları    

          İqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2021-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 230842,0 min manat, sabit qiymətlərlə 220332,6 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə faktiki qiymətlərlə 26,1 faiz artaraq 2526,5 manata çatmışdır. Məhsul və xidmətlərin 73,0 faizi istehsal sahələrinin, 27,0 faizi isə xidmət sahələrinin payına düşür. Hesabat dövründə sənayedə 13,9 milyon manatlıq və ya ümumi məhsulun 6,0 faizi, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 101,7 milyon manatlıq (müvafiq olaraq 44,1 faiz), tikintidə 52,8 milyon manatlıq (22,9 faiz), rabitədə 1,0 milyon manatlıq (0,4 faiz), nəqliyyatda 1,3 milyon manatlıq (0,6 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 60,1 milyon manatlıq (26,0 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə sabit qiymətlərlə sənaye istehsalı 15,7 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,6 faiz azalmış, kənd təsərrüfatı məhsulunun həcmi 1,3 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 10,9 faiz, tikinti istehsalı 2,2 dəfə, ticarət, nəqliyyat vasitələrinin təmiri sektorunda isə 19,6 faiz artım qeydə alınmışdır.

 

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı

 

2021-ci ilin

yanvar-sentyabr ayları (faktiki qiymətlərlə)    min manat

2020-ci ilin yanvar-sentyabr ayları (faktiki qiymətlərlə) min manat Qiymət indeksi 2021-ci il 2020-ci ilin qiymətlərilə, min manat Fiziki həcm indeksi,faizlə
Sənaye 13926,2 10609,4 155,7 8943,7 84,3
Kənd təsərrüfatı 101666,4 97877,1 102,5 99151,1 101,3
Tikinti 52813,3 23888,8 100,0 52813,3 221,1
Nəqliyyat və anbar təssərüfatı 1345,4 1455,4 100,0 1345,4 92,4
İnformasiya və rabitə xidməti 1012,1 913,0 100,0 1012,1 110,9
Ticarət,nəqliyyat vasitələrinin təmiri 60078,6 47714,9 105,3 57067,0 119,6
 

CƏMİ

 

230842,0 182458,6 104,8 220332,6 120,8

 

 

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu  mal-qaranın sayı 15,6 faiz azalaraq 41896 baş, qoyun-keçilərin sayı 12,5 faiz azalaraq 150360 baş, donuzların sayı isə 18,7 faiz azalaraq 139 baş olmuşdur. 2021-ci ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 5 ton, süd istehsalı 65 ton, yumurta istehsalı 32 min ədəd artmış, yun istehsalı 19 ton azalmışdır. Hesabat dövründə 4041 ton diri çəkidə ət, 27493 ton süd, 9690 min ədəd yumurta, 391 ton yun, 2265,0 kiloqram barama istehsal olunmuşdur.

Cari il oktyabr ayının 1-i tarixinə, 22665 hektar sahədən 82047,3 ton buğda, 7712 hektar sahədən 24369,9 ton arpa yığılmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə buğdanın məhsuldarlığı dəyişməyərək 36,2 sentner, arpanın məhsuldarlığı isə 0,1 sentner artaraq 31,6 sentner təşkil etmişdir. Bu dövrdə 344 hektar sahədən 934,8 ton paxlalı bitkilər, 300 hektar sahədən 216,3 ton yağlı bitkilər toplanmışdır. Paxlalı bitkilərin məhsuldarlığı 27,2 sentner, yağlı bitkilərin məhsuldarlığı 7,2 sentner olmuşdur. 2021-ci ilin yanvar-sentyabr aylarında 7138 ton tərəvəz, 14611 ton kartof, 6516 ton meyvə və giləmeyvə, 2645 ton üzüm toplanmışdır.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 13926,2 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 15,7 faiz azalma müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 2,5 faiz çox, 60,6 milyon kilovat saat elektrik enerjisi, 0,1 milyon kub metr çox, 27,0 milyon kub metr qaz istehlak olunmuşdur.

Bu ilin doqquz ayında 5535,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,3 faiz azdır. Hesabat dövründə əsas kapitala 36153,5 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz çoxdur. Rayonun tikinti təşkilatları tərəfindən bu ilin doqquz ay ərzində 52813,3 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 46173,8 min manat çoxdur.

Hesabat ilinin doqquz ayında rayon əhalisinə 158938,0 min manatlıq istehlak malları satılmış, 18720,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 4,0 faiz çox  təşkil etmişdir.

Hesabat dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 1012,1 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 10,9 faiz çoxdur.

2021-ci il sentyabrin 1-i vəziyyətinə rayonda muzdla işləyən bir işçinin orta aylıq nominal əməkhaqqı ilkin məlumatlara əsasən 458,40 manat təşkil edərək, keçən ilin müvafiq dövründən  3,4 faiz  yüksək olmuşdur.

2021-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 88096 nəfər olmuşdur. Bu dövrdə əhalinin sayı 229 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Rayon əhalisinin 67,53 faizi, yəni 59471 nəfəri kənd yerində, 32,47 faizi 28625 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Rayon əhalisinin 50,49 faizini kişilər, 49,51 faizini qadınlar təşkil edir. İsmayıllı rayonunun əhalisi son doqquz ayda 0,3 faiz və ya 229 nəfər artmışdır.

Əziz Əzizov,  

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi                                                 

Şərh Yaz