Təlim-tərbiyədə seçilənlər təltif olunub                     

İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyində Beynəlxalq Müəllimlər Günü ilə bağlı yığıncaq keçirilib.

Bu gün İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş yığıncaq keçirilib.

Yığıncaqda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə nümayəndəsi Əlişir Süleymanov, nümayəndənin müavini Anar Məmmədov, təhsil bölməsi üzrə mühasibi Rəna Süleymanzadə, nümayəndəlikdən maliyyələşən şəhər 1, 2, 3 saylı körpələr evi-uşaq bağçalarının rəhbərləri və tərbiyəçi müəllimləri iştirak edib.

Yığıncağı giriş sözü ilə açan İsmayıllı şəhər İƏD üzrə nümayəndə Ə.Süleymanov tədbirdə iştirak edən müəllimlərin timsalında müəllim adını şərəflə daşıyan bütün pedaqoji işçiləri təbrik edib. Layiqli vətəndaş yetişdirilməsində məktəbəqədər təhsil müəssisələrinin üzərinə düşən vəzifə və məsuliyyətlərdən danışıb. Müəllimlik peşəsinin nüfuzundan və əhəmiyyətindən söz açan şəhər nümayəndəsi Azərbaycanda müəllimə hər zaman yüksək dəyər verildiyini qeyd edib.

Azyaşlı uşaqların təlim-tərbiyəsində göstərdikləri fədakarlığa və Beynəlxalq Müəllimlər Günü münasibəti ilə şəhər bağçalarında çalışan bir qrup pedaqoji işçi Tərifnamələrlə təltif olunub.

Təltif olunanlar göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz