Füzuli şəhərinin işğaldan azad olunması strateji əhəmiyyət kəsb edir                 

17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də böyük şəhərimiz, dünyanın ən qədim insan məskənlərindən biri olan Füzuli işğalçılardan azad edildi. Uzun fasilədən sonra Azərbaycan dövləti Ali Baş komandanımız və Müzəffər ordumuzun gücü sayəsində bu ərazilərdə öz suverenliyini təmin etdi.

Füzuli rayonunun azad oluması böyük strateji əhəmiyyət kəsb edirdi. Ordumuzun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlamışdır Füzuli rayonu azad edildikdən sonra düşmən tapdaqları altında olan digər ərazilərimizin mənfur düşməndən azad olunması üçün bir yol açılırdı. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Otuz il ərzində Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərdi.

Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Müharibənin ilk günündə – sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu;

2020-ci il noyabrın 9-da Azərbaycan Resbublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azıx mağarasının yerləşdiyi kəndin düşmən işğalından azad edilməsini elan etdi.

Azərbaycan Rrespublikası Prezidenti, ali baş komandan bildirmişdir ki, “Füzuli rayonunda yerləşən Azıx mağarası dünyanın ən qədim yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar. … Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək.

Biz öz ərazi bütövlüyümüzü Ali Baş Komandanımızın rəhbərliyi və qəhrəman, mərd əsgərlərimizin gücü ilə bərpa etdik.

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!

Pərvin Mahmudova,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tarix-coğrafiya müəllimi

Şərh Yaz