Milli-mənəvi dəyərlər qorunmalı və inkişaf etdirilməlidir                      

İsmayıllı rayonunun T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində “Milli-mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa məktəbin akt zalında təşkil olunub. Tədbirdə məktəbin direktor müavini Maral Məmmədova mövzunu hərtərəfli əhatə edən məruzə ilə çıxış edib.

M.Məmmədova məruzəsində milli-mənəvi, bəşəri dəyərlər, vətənpərvərlik hissi, dövlətçilik və dil sevgisi məsələlərinin hər birinə geniş yer verərək, ulu öndər Heydər Əliyevin hər zaman milli-mənəvi dəyərlərimizə yüksək qayğı və diqqət göstərdiyini bildirib. Bu qayğı və diqqətin hazırda Prezident cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirdiyini vurğulayıb.

Tədbirin əhəmiyyəti barədə geniş danışan M.Məmmədova onu da bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun milli-mənəvi dəyərləri və bu müstəvidə yüksək göstəricilərə malik olmasıdır.

Direktor müavini həmçinin mövzu ilə bağlı məktəblilərin marağına səbəb olan sualları cavablandırıb.

“İsmayıllı xəbərləri”

Şərh Yaz