Şəhid adı uca tutulur                                 

Oktyabrın 20-də Bakı şəhəri Səbail rayonunun 163 nömrəli tam orta məktəbində əslən İsmayıllı rayonundan olan, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Məmmədli Cəmil Habil oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Səbail Rayon İcra Hakimiyyəti və Səbail rayonunun 163 nömrəli tam orta məktəbi tərəfindən hazırlanmış barelyefin və büstün açılış mərasimi keçirilib.

Tədbirdə yetişən nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında görülən işin təsir və əhəmiyyətindən, ölkəmizdə şəhid adının həmişə uca tutulmasından, məktəbin öz məzununa hörmət və ehtiramından danışılıb. Şəhidin valideynləri və yaxınları göstərilən diqqət və qayğıda, bu təşəbbüsdə zəhməti olanlara minnətdarlıq ediblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz