“Səyyar Kitabxana” İsmayıllıda                  

“Səyyar Kitabxana” oktyabr ayının 21-30-u tarixlərində İsmayıllı rayonuna səfər edib.

Layihənin həyata keçirilməsində məqsəd kitabları fərqli məkanda və fərqli formada gənclərə təqdim etməklə, onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan qiymətli kitabları daha asan yolla, təmənnasız əldə edib yararlanma imkanı yaratmaq, gənclərin maariflənməsi işinə dəstək göstərməkdir.

”Sayyar kitabxana” olduğu rayonlarda mərkəzi park və meydanların yaxınlığında, təhsil müəssisələrinin qarşısında saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Bu müddət ərzində hər bir şəxs, şəxsiyyət vəsiqəsini təqdim etməklə istədiyi kitabı, onun elektron versiyasını və yaxud hər hansı bir səhifəsini sürətçıxartma avadanlığından istifadə edərək əldə edə bilirlər.

Məqsədə uyğunlaşdırılmış yük maşınında fəaliyyət göstərən kitabxanada 3000 kitab və 5000 min elektron nəşr vardır.

Kitablar Azərbaycan, türk, rus, ingilis dillərindədir. Burada bədii ədəbiyyat, fəlsəfə, tarix, sosiologiya, elm və təhsil, mədəniyyət, idman, incəsənət, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar mövcuddur.

İsmayıllı xəbərləri”

Şərh Yaz