Milli-mənəvi dəyərlər qorunur             

                                  22 oktyabr 2021-ci il tarixdə İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəz diektoru Mayıl Fərəcov Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında qısa məlumat verdikdən sonra söylənilənləri özündə əks etdirən sənədli film izlənilib.

Tədbir Mərkəzin böyük elmi işçisi Afaq Şamillinin aşıq sənəti və Aşıq Ələsgərin saz, söz sənətinə bəxş etdiyi böyük və bənzərsiz töhvələr barədə geniş açıqlama verib, dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin diqqətlə qorunduğundan söz açıb.

Mərkəzin əməkdaşları aşığın yaradıcılıq nümunələrindən parçalar səsləndiriblər.

İsmayıllı xəbərləri”

Şərh Yaz