Tarixin ən şərəfli səhifəsi – Vətən müharibəsi                                 

Həyat var ki, ölüm qədər kədərli, ölüm var ki, həyatdan da dəyərli.

H.Cavid

İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsinin il dönümü ilə əlaqədar “Tarixin ən şərəfli səhifəsi – Vətən müharibəsi” adlı dəyirmi masa təşkil edilib.

Tədbirdə Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olmuş general Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş “General Polad Həşimov xatirələrdə” kitabından Milli Qəhrəmanımızın xatirələri yad edilib.

Həşimov Polad İsrayıl oğlu 1975-ci il yanvar ayının 2-də Qəbələ rayonunda Vəndam kəndində anadan olub.

1992-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olub və 1995-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirib.

1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib.

2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademyasına daxil olub.

2017-ci ilin iyul-aprel ayından Şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib.

Xidmət etdiyi dövrdə bir çox mükafatlara və təltiflərə layiq görülüb. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli əmrə ilə “Hərbi xidmətlərə görə”, 25 iyun 2009-cu il tarixli əmri ilə “Vətən uğrunda” medalları, 24 sentyabr 2014-cü il tarixli əmri ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə“, 19 aprel 2016-cı il tarixli əmri 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Həşimov Polad İsrayıl oğluna general- mayor hərbi rütbəsi verilib.

2020-ci ilin iyul ayının 14-də Tovuz istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

3 övladı var.

General Polad Həşimov son 30 ildə Azərbaycanın milli ruhunu özünə qaytaran bir zirvədir. Generalın ön cəbhədə əsgərləri ilə döyüşüb şəhid olması, bu millətin içindəki səsi ucaltdı.

Yaxınlarından, qohumlarından, əzizlərindən daha çox orduya bağlı bir insan idi. O olan yerdə məğlubiyyətdən söhbət gedə bilməzdi. Əsgərləri, yoldaşları, dostları onun hərbi səriştəsindən, bacarığından daha çox onun insanlığından danışırdılar, olduqca sadə, səmimi, yardımsevən olduğunu söyləyirdilər.

Postda duran əsgərlərə, zabitlərə xüsusi hörməti vardı. Onlara hər zaman dəyər verərdi. Onların məişət, yaşıyış şəraiti üçün əlindən gələni edirdi. (Kredit götürüb, maşınını satıb post düzəltdirib, kazarma tikdirib, öz cibindən əsgərlərə bayram sovqatı alıb).

Bu qədər məsuliyyətli işin içində olmağına baxmayaraq, ətrafında olan insanlara xüsusi dəyər verərdi, etibarlı, dostluqda sədaqətli idi.

Hərbi yoldaşları onu “Səngər generalı” adlandırırdılar. Elə səngərdə, əsgərləri ilə bərabər, çiyin-çiyinə vuruşaraq da şəhid oldu.

Çoxlarımız kimi, general Polad Həşimov da adi bir həyat yaşamışdır, amma o bu adi həyatın içində bir qeyri-adilik, bənzərsizlik yarada bilmişdir, bunu yaratmağı bacarmışdır.

Generalın ailəsində üç övladı böyüyür. Polad Həşimov kimi vətənpərvər generalın övlaları da elə ataları kimi olacaqlar. Xalqa, dövlətə layiqli övladlar kimi böyüyəcəklər.

Xalq isə general Polad Həşimov kimi qəhrəman övladlarını heç vaxt unutmayacaq və daim onları xatırlayacaq.

Əzizinəm Poladdır.

Dəmir deyil, poladdır.

Düşmənlərə dağ çəkən

Generalımız Poladdır.

Şərh Yaz