Səylərinin artırılmasına dəstək                                   

Ümum Həmkarlar İttifaqları Konfederasiyasının 2021-ci il 7 oktyabrında Layiqli Əmək Uğrunda Ümumdünya Fəaliyyətlər Günü ilə bağlı keçirilən aksiyalarına dəstək məqsədi ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) İsmayıllı Rayon Komitəsinin (RK) xidmət əhatəsində olan İsmayıllı MKS-i karantin məhdudiyyətlərini nəzərə almaqla tədbir təşkil edib.

Tədbirdə MİHİ İsmayıllı RK-nin sədri Gülər Abdullayeva çıxış edərək, tarixi günün tələbləri əsasında keçirilən müxtəlif tədbirlər barəsində ətraflı məlumat verib. Bildirib ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla geniş tədbirlərin keçirilməsi məhdudlaşdırılmışdır.

Sədr onu da qeyd edib ki, 2019-2021-ci illərdə COVID-19 pandemiyası dövründə bütün müəssiələrdə təhlükəsiz iş şəraitinin yaradılması məqsədi ilə mütəmadi olaraq dezinfeksiya işləri aparılıb, işçilər arasında sosial məsafənin saxlanılması daim diqqətdə olub. Müəssisələrdə işəgötürən tərəfindən işçilərin ixtisar edilməsi, əmək haqqlarının verilməsində gecikmələrə rast gəlinməyib. İşçilər arasında yoluxma baş verdiyi halda həmin şəxs və ünsiyyətdə olduğu işçilər karantinə alınıb, müvafiq testlərdən keçirilib. Müəssisələrdə işçilər arasında könüllü olaraq COVID-19 infeksiyasına qarşı penvəndləmə işləri aparılıb. Komitə tərəfindən tibbi ləvazimatlar alınaraq müəssiələrdə paylanmışdır.

MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Ruhiyyə Mirzəyeva çıxış edərək, Ümumdünya Layiqli Əmək Gününün qeyd edilməsinin işçilərin işə münasibətlərinin dəyişdirilməsinə, insanların məşğulluğunun artırılmasına, əmək şəraitinin yaxşılaşdırılmasına, gənc mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində səylərinin artırılmasına daha da dəstək verəcəyini bildirib.

Tədbir diskussiya şəraitində başa çatıb.

Şərh Yaz