Kənd şəhidlərinin xatirəsinə bulaq inşa edilib                     

 

İsmayıllı rayonunun İvanovka kəndində kənd şəhidlərinin xatirəsinə inşa edilən bulaq kompleksinin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər və idmançılar, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.

Tədbirdə Dövlət himni səsləndirilib, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

Çıxış edənlər şəhidlərin göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onlarla bağlı xatirələrindən söz açıblar. Onlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, göstərdikləri şücaətlərin layiqincə qiymətləndirildiyini qeyd ediblər.

Çıxışlarda göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Sonda Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi şagirdlərinin ifasında şəhidlərə həsr olunan şeirlər səsləndirilib, xatirə şəklləri çəkilib.

Şərh Yaz