Aktual vəzifələrdən biri                           

14 sentyabr 2021-ci il tarixdə sahibkar Hafiz Əfəndiyevin təşəbbüsü və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Parkda İsmayıllı şəhər 1 saylı körpələr evi və uşaq bağçası fidanlarının oyun atraksionlarından ödənişsiz istifadəsinə şərait yaradılıb.

Bu gün böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsi dövrümüzün aktual vəzifələrindən biridir. Odur ki, İsmayıllı rayon Gənclər və İdman İdarəsi əməkdaşları sabahın gəncləri olan məktəbəqədər yaşlı uşaqlar atraksionlardan istifadə etməzdən öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan İsmayıllı rayonunun igid oğulları barəsində geniş məlumat verilib və uşaqların mövzu ilə bağlı sualları cavablandırılıb.

Atraksionlardan istifadə şəhid və qazi övladları üçün ödənişsiz olub.

Şərh Yaz