Təhsil əngəl tanımır                      

İsmayıllı Rayon İcra Hakimimiyyətinin başçısı tələbə adı qazanmış Cülyan kənd tam orta məktəbinin məzunu Qafarlı Heydər Əfqan oğlu ilə görüşüb. H.Qafarlı qəbul imtahanlarında 362 bal toplayaraq Mingəçevir Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.

Görüşdə RİH-nin məsul işçisi və RTŞ- nin müdiri iştirak ediblər. Tələbə adı qazanmış Heydəri təbrik edən rayon rəhbəri görüş zamanı təhsilə dövlət qayğısından söhbət açıb, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev fondunun sağlamlığı məhdud olan gəncləri hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. Daha sonra Qafarlı Heydərə də bu diqqətdən yararlanmağı arzulayıb. Ona rayon icra hakimiyyətinin müvafiq diplom və hədiyyəsini təqdim edib.

Məlumat üçün bildiririk ki, sağlamlıq imkanları məhdud olmasına baxmayaraq Heydər Qafarlı əzimlə çalışıb və qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.

Sonda xatirə şəkili çəkilib.

Şərh Yaz