Diqqət və qayğı davam etdirilir                            

İsmayıllı Rayon İcra Hakimiyyətində 15 sentyabr 2021-ci il tarixində rayon rəhbəri tərəfindən vətəndaşlar qəbul edilib. Mövcud pandemiya qaydalarına əməl olunmaqla keçirilən qəbul zamanı rayon sakinlərinin problemləri dinlənilib, onlara qanunamüvafiq izahatlar verilib.

Qəbulda əsasən şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsinin iştirakçıları olub.

RİH başçısı Nahid Bağırov vətəndaşların müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.

 

***                                   

İsmayıllıda 21 sentyabr 2021-ci il tarixində növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Qəbul pandemiya qaydalarına uyğun təşkil olunub.

Qəbulda rayon rəhbəri sakinlərin müraciətlərini dinləyib, onların problemlərinin həlli istiqamətində aidiyyəti müəssisə, təşkilat rəhbərlərinə və şəxslərə tapşırıqlar verib.

Məlumat üçün bildiririk ki, qəbula gələnlər əsasən şəhid ailələrinin üzvləri, Vətən  müharibəsi iştirakçıları olub. Həmişə olduğu kimi, bundan sonra da onların daim diqqətdə saxlanılacaqları bildirilib.

Şərh Yaz