Mükafatçılar təqdim olundu               

Fərman Zakir oğlu Bəşirovun əziz xatirəsinə təsis olunmuş “Bəşirov mükafatı” ilk dəfə bir il İsmayıllı təhsilinin ulduzlarından olan 3 nəfərə təqdim olunub. Mükafatın hər il İsmayıllıda orta təhsil alıb, ali məktəblərə qəbul imtahanlarında iştirak edib,  yüksək nəticə göstərən ilk 3 nəfərə verilməsi nəzərdə tutulub. 1000 manat təşkil edən mükafat hər il 3 qalib arasında 500 (birinci yer), 300 (ikinci yer), 200 (üçüncü yer) manat olmaqla bölünür

İsmayıllı rayonunda 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul üzrə keçirilən imtahanlarda abituriyentlərin sırasından Mürsəlova İlknur Nofəl qızı 673,  Yusifov Rövşən Natiq oğlu 656,Tağıyev Ayxan Oqtay oğlu isə 646 bal toplayıb.

“Bəşirov mükafatı”nı qaliblərə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov təqdim edib. Başçı təsis olunmuş mükafatın qaliblərini təbrik edib, onların hər birinə gələcək həyatlarında uğurlar arzulayıb.

N.Bağırov bildirib ki, bilik yarışı əsasında verilən bu mükafat abituryentlərin səylərinin qiymətləndirilməsi olmaqla yanaşı, həm də onların bundan sonrakı həyatlarında müsbət rol oynayacaqdır.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz