Ali arzusuna çatmış Azərbaycan xalqı                        

Biz uzun illər ərzində torpaqlarımızı geri qaytarmaq, şəhidlərimizin qisasını almaq, ərazi bütövlüyümüzü bərpa etmək arzusunda olmuşuq. Ali Baş komandanımız və güclü ordumuz sayəsində bu ali arzunu gerçəkləşdirdik. Azərbaycan ədalətli, beynəlxalq hüququ bərpa etdi və öz torpaqlarını geri qaytarıb şəhidlərimizin qisasını aldı.

Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, sərhədləri qorumaqda çətinlik çəkir. Belə olan halda müstəqillikdən söhbət gedə bilməz. Çünki müstəqilliyə aid olan əlamətlərdən əksərəyyəti Ermənistan dövlətində yoxdur. Bunun da səbəbi onların işğalçılıq siyasətidir. Ermənistan Azərbaycanla müqayisə olunmazdır. Azərbaycanın güclü iqtisadiyyatı, peşəkar ordusu var. Vətən müharibəsində olan möhtəşəm qalibiyyət buna sübütdur.

İkinci Qarabağ müharibəsi tarixi yaddaşımızda əbədi qalacaqdır. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmamışdır. Biz bir çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik.

Qalib Dövlətin rəhbəri ali baş komandanımız şəhid ailələrinə, qəhrəman qazilərimizə mənzillərin, avtomobillərin bağışlaması, onlara olan həssas münasibətini göstərir.

1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Cənab Prezidentimiz bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhid ailələri də məzillərə sahib olacaqlar. Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Yaralı və sağlamlıqlarını itirmiş hərbiçilər ən müasir protezlərlə təmin edilir. 180 nəfər hərbiçidən 140 nəfəri artıq protezlərlə təmin edilib. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir.

İlham Əliyev – “Bu gün qürur hissi ilə deyə bilərik ki, Şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik. Müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbiçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaq”.

Ulu öndərimizin davamçısı olan Prezidentimiz İlham Əliyevin uğurlu siyasətilə dünyada və regionda öz güc mərkəzini yaradacağına inanırıq.

Günel Muradova,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin ingilis dili müəllimi

Şərh Yaz