Seçilənlər seçildi                        

İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində Uşaqların V Ümumrespublika Forumuna seçim turu keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən keçirilən seçim turunda fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən 13-17 yaş arasında olan 21 uşaq iştirak edib. Görüşdə intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran, sosial fəallığı ilə seçilən uşaqlarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva bildirib ki, Forumun keçirilməsi ilə uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakları təmin edilir, onlara bu problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaradılır.

Seçim turunda intellektual səviyyəsi yüksək olan, oxuduğu məktəbin ictimai həyatında fəal iştirak edən, xüsusi bacarıqları ilə fərqlənən 2 uşaq seçim turunun qalibi olub.

İsmayıllı xəbərləri

Şərh Yaz